Sırğa modelləri İnstagramdan sifariş
Sirga modelleri İnstagram
Xanımlara ilk baxdıqda görmək olar ki, məhz sırğalar onun üz cizgilərinə əlavə şarm, mülayimlik və cazibə qatır. Gəlin baxaq, hansı sırğa modelləri bu
il daha çox dəbdədir və İnstagramdan sevilərək sifariş olunur.
Hazırda təkcə qiymətli metallardan deyil, həm də qızıl suyuna salınmış polad, eləcə də gümüşdən hazırlanan, böyük ölçülü kristallar və mirvarilərlə bəzədilmiş sırğa modelləri daha çox dəbdədir. Müasir dizaynlı sırğalarda təbiətin elementləri də öz əksini tapır. “Mirvarist”in ən çox satılan modelləri arasında yarpağa bərkidilmiş mirvari sırğalar, gül və xırda mirvarilərdən ibarət
üzüm salxımı formasında sırğa modelləri xanımlar tərəfindən çox bəyənilir.
Sadə və zərif sırğaları sevən xanımlar Instagram səhifəmizdəki yeni sırğa modelləri arasından zirkon qaşlarla bəzədilmiş təbii çay mirvarilərindən və barok mirvarilərdən hazırlanmış sırğalara da üstünlük verir.
İnstagramdan sırğa sifarişi
Daima yeni insanlarla ünsiyyətdə olan, gözəlliyini müasir aksessuarlarla cizgiləyən xanımların ən yaxın dostu eleqant sırğalardır. Qızıl və platin örtüklü polad üzərində olan eleqant mirvari sırğalardan yan keçmək çətindir. Sırğa sifarişləri arasında hər zaman dəbdə qalan qara mirvarilər bu ilin yeni sırğa modelləri arasında olmaqla ən çox satılanlar sırasındadır.
Instagram sifarişləri arasında 925 əyar gümüş üzərində olan təbii çay mirvari modellərinə də maraq hər zaman olduğu kimi böyükdür. Bir və ya bir neçə mirvaridən ibarət sadə, lakin çox incə sırğaları taxdıqda sanki saf xəyallar, böyük arzularla dolu yeniyetmə dövrünə qayıdırsan.
Ümumiyyətlə, mirvari sırğalar da dəriyə toxunan mirvari boyunbağı və ya qolbaq kimi, öz qeyri-adi, təmiz enerjisini sahibəsinə ötürür.
Yeni Sırğa Modelləri
Vacib işgüzar görüşlərə və ya yaxın insanla vaxt keçirərkən ağ mirvari sırğaları taxmağı unutmayın. Paklıq, xanım-xatınlıq rəmzi olan bu sırğalar sizi diqqət mərkəzində saxlayacaq.
Yeni sırğa modellərini sifariş etmək istəyirsiniz, lakin qərarsızsınız? Mağazamıza baş çəkərək vücudunuza şarm qatacaq yeni sırğa modellərimizdən gözünüzü ayıra bilməyəcəksiniz.
Məsləhətçilərimizin köməyi ilə məhz sizin üz cizgilərinizə yaraşan sırğa modellərini rahatlıqla seçə bilərsiniz.
Instagram və ya telefon zəngi ilə sırğa sifarişləri daha sürətlidir, lakin rəflər arasında gəzərək bu gözəllikləri canlı görmək, onlara toxunmaq və yaxından tanış olmaq ayrı bir zövqdür.
Bizə gəlin, özünüzlə xoş emosiyalar və əla hədiyyələr aparın.