Maraqlı və özəl hədiyyə axtarırsınız? - Xüsusi hədiyyələr Mirvaristdə!
Böyük ölçülü zinət əşyaları bu il çox dəbdədir. Qeyri-adi, axıcı formalar, qızılı elementlər, rəngarəng daşlar və kristallar yenilikləri sevən xanımların obrazını daha incə və parlaq edir.
Mirvari dünyasının ən gözəl inciləri sırasında olan qeyri-adı formada barok tipli mirvari boyunbağılar hazırda çox populyardır. Maraqlı hədiyyə etmək istəyənlər məhz barok tipli mirvaridən hazırlanmış boyunbağı və dəstləri seçir. Bu mineralın adı fransız dilində “barogue” sözündən əmələ gəlib. Bu sözlə qeyri-adiliyi, kübarlığı ifadə edən fransızlar barok mirvari növünü çox sevir. Təbiətin gözəlliyini əks etdirən barok mirvariləri “Mirvarist”in kolleksiyasında geniş yer alır.
Maraqlı doğum günü və ya bayram hədiyyəsi axtarırsınızsa, barok tipli mirvarilərdən yan keçməyin.
Sadə donlara və ya köynəklərə orijinallıq qatan bu mirvari əsməri dərili xanımlara çox uyğundur. Həm zəriflik, həm də paklıq rəmzi olan gözəl hədiyyə deyilmi? Əmin olun ki, bu boyunbağı ilə daxil olduğunuz məkanda diqqət məhz sizdə olacaq.
Fil dişi dizaynlı çəhrayı rəngli mirvari boyunbağı
Bu kompozisiya cəsarətli, müasir, orijinal boyunbağıları sevən xanımlar üçün əla hədiyyə olacaq. Bu boyunbağıda olan mirvarilərin uzunsov forması və parlaq sədəfi çalarları qara donun və ya bluzun fonunda xüsusi fərqlənəcək və obraza şarm qatacaq.
Düymə tərzində sadə ağ və çəhrayı barok mirvari boyunbağı
Həm yaşlı, həm də cavan xanımlar onu çox sevəcək. Hər bir rəngdə və üslubda geyimə uyğundur. Bu mirvari boyunbağı o qədər cəlbedicidir ki, daima ona toxunmaq istəyəcəksiniz.
Onun yeni sahibəsi bu hədiyyəni heç vaxt unutmayacaq və sizin qayğınızı yüksək qiymətləndirəcək.
Üçqat və üçrəngli (boz, qırmızı, qara) coker mirvari boyunbağı
İncə xanımlar bu boyunbağıya ilk baxışdan aşiq olacaq. Xüsusilə ağ dərili xanımların obrazına eleqantlıq və eyni zamanda incəlik qatan bu mirvariləri hədiyyə olaraq seçsəniz yanılmazsınız.
Hər rəngdə geyimə uyğun olan bu mirvari gündəlik istifadə olunmaqla yanaşı ziyafətlər zamanı xanımların işinə yarayacaq.
Ağ rəngli çubuq mirvari boyunbağı
Çubuq formada mirvari? Bəli, təbii barok mirvariləri arasından ən gözəl olan uzunsov mirvarilərdən unikal kompozisiyalar yaratmaq mümkündür. Çubuq formada mirvari boyunbağı kreativ, yenilikləri sevən xanımın diqqətini özünə çəkəcək hədiyyə olacaq.
“Mirvarist”ə gəlin, barok mirvarinin nəcibliyini kəşf edin.