Buğa, Qız və Oğlaq bürcü üçün hədiyyələr
Hansı hədiyyə bürcləri sevindirər?
Buğa bürcü üçün hədiyyə
Torpaq ünsürünə aid olan buğalar çox praktikdir. Bu bürc üçün ən yaxşı hədiyyə uzun müddət istifadə edə biləcəyi bir şeydir. Məhz buna görə, buğa üçün maraqlı və praktik hədiyyə axtarırsınızsa, mirvaridən hazırlanmış zinət əşyalarına diqqət yetirin.
Buğalar ağ və ya qara mirvariyə daha çox üstünlük verir. Hazırda “Mirvarist”də endirimdə olan sadə, qaşsız üçlü mirvari dəsti buğa bürcündən olan xanımlar üçün maraqlı hədiyyə ola bilər. Bu dəsti müxtəlif tərzdə geyimlər ilə
rahat uyğunlaşdırmaq olar.
Orijinal hədiyyələri sevən buğa üçün “Mirvarist”də rahatlıqla kübar və qeyri-adi hədiyyə tapmaq olar. Çünki buğa bürcündən olan qadınlar təbii daşlardan zinət əşyalarını da çox bəyənir.
Tövsiyə edirik ki, qırmızı aqat daşlarla bəzədilmış təbii mirvari dəstə, həmçinin, platin örtüklü 925 əyar gümüş üzərində yarpağa
bərkidilmiş qara çay mirvarilərdən ibarət dəstə də yaxından baxasınız. Elə siz də onu hədiyyə olaraq çox bəyənəcəksiniz.
Qız bürcündən olan xanımlar üçün hədiyyə
Komfortu, rahatlığı, səliqəni sevən qız bürcünün nümayəndələri detallara, əşyaların gözəlliyinə, onların proporsional formalarına diqqət yetirirlər. Qız bürcünə sevgi ilə hədiyyə edilən mirvari hədiyyəsi onların daxili emosional balansını tarazlayan, pis əhval-ruhiyyəni də aradan qaldırmağa kömək
edən talismana çevrilə bilər.
Bu hədiyyə qız bürcündən olan xanımların yaddaşında xoş bir təəssürat kimi qalaraq, mirvarini daima taxmağa sövq edəcək. Bəs, qız bürcünün gözünü
oxşayan, onu sevindirən qeyri-adi hədiyyə nə ola bilər? Ürək dizaynlı kulonla hazırlanmış mirvari qolbaq, yeni kolleksiyamızda xüsusi yer alan qızıl və platin örtüklü polad üzərində AAA kateqoriya tam dairəvi mirvarilərdən broş, həm onun ürəyincə olacaq, həm də illər boyu sevimli akssesuar kimi istifadə ediləcək.
Oğlaq bürcü qadınları üçün hədiyyə
İnadkar, məqsədyönlü, diqqət mərkəzində olmağı sevən oğlaq mirvari taxdıqda onun enerjisini hiss edərək, hüzur və pozitiv emosiyalar yaşayır. Oğlaq bürcünə dəniz mirvarisi daha çox uyğundur. Onun ideal forması, təbii parlaqlığı və qeyri-adi enerjisi istənilən xanımı özünə cəlb edəcək və sizin ona olan xüsusi münasibətinizi xatırladacaq.
Gözəl hədiyyə seçmək üçün son illərin trendi olan barok tipli mirvarilərdən olan zinət əşyalarına da nəzər salın.
“Mirvarist” hədiyyənizi premium bağlamada, Təbiilik sertifikatı ilə birlikdə sizə təqdim edir.
Instaqram səhifəmizdə bəyəndiyiniz zinət əşyasını seçin və bir zəng ilə əldə edin.
“Mirvarist”in hədiyyələri ilə ürəkləri fəth edəcəksiniz.